Prezident İlham Əliyev Slovakiyanın dövlət başçısını təbrik edib

Azərbaycanın dövlət başçısı İlham Əliyev Slovakiya Respublikasının Prezidenti xanım Zuzana Çaputovaya təbrik məktubu ünvanlayıb.

Leqal.info-nun məlumatına görə, məktubda deyilir:

“Hörmətli xanım Prezident,

Ölkənizin milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Slovakiya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Slovakiya xalqına daim sülh və rifah diləyirəm”.скачать dle 10.6фильмы бесплатно
31-08-2019, 15:25
Baxıs: 75 770
Reyting: