Azərbaycanlı müğənni 5 il nikahsız yaşadığı xanımla
Müğənni Amil Həsənoğlu beş il qeyri-rəsmi nikahda yaşadığını etiraf edib.
Leqal.info axşam.az-a istinadla xəbər verir ki, sənətçi bu haqda "5/5" verilişində deyib. O bildirib ki, övladı olduqdan sonra toy edib: "Toyu bu yaxınlarda etdim. Biz birlikdə yaşadıq, bir-birimizi tanıdıq, sonra evləndik. Toyumuz olanda uşağımız da var idi. Beş il qeyri-rəsmi nikahda yaşadıq. Tez evlənib-boşanırlar. Biz də onu gözümüzün qabağına gətirib, birlikdə yaşadıq. Ailəcanlıyam, niyə də mənə qız verməsinlər. Burada qeyri-adi və eyib heç nə yoxdur. Uşağıma sahib çıxmışam. Xanımım yanımdadır. Niyə məni qınamalıdırlar ki?". Qeyd edək ki, Amilin 2018-ci ildə toyu olmuşdu. |
XƏBƏR LENTİ
Bu gün, 11:20
Bu gün, 11:15
Bu gün, 11:15
Bu gün, 11:15
Bu gün, 11:15



































