“Avroviziya-2023”ün qonaqları açıqlandı

“Avroviziya-2023”ün qonaqları açıqlandı

Ukrayna adından Böyük Britaniyada keçiriləcək “Avroviziya-2023” beynəlxalq mahnı müsabiqəsinin finalında çıxış edəcək qonaqların adları açıqlanıb.

Siyahıda ukraynalı artistlər – “Kalush Orchestra” qrupu, Go-A, Camala, Tina Karol və Verka Serdüçka var.

Eyni zamanda, qonaqlar arasında “Avroviziya-2022”nin ikincisi Sem Rayder, 2019 və 2018-ci illərin qalibləri Dunkan Lourens və Netta Barzilay, İtaliyanın 2019 və 2022-ci il təmsilçisi Mahmood, İsveçin 2022-ci il təmsilçisi Korneliya Yakobs, İslandiyanın 2021-ci il təmsilçisi Dadi Freur və Böyük Britaniyanın 1993-cü il təmsilçisi Sonia olacaqlar.

Qeyd edək ki, müsabiqənin yarımfinalları 9 və 11 mayda, finalı isə 13 mayda keçiriləcək. Azərbaycanı “Avroviziya-2023”də “Tell me more” mahnısı ilə Tural və Turan Bağmanov qardaşları təmsil edəcək.скачать dle 10.6фильмы бесплатно
18-04-2023, 09:15
Baxıs: 210
Reyting: