Heydər Əliyev prospektinin köməkçi yolunda hərəkət məhdudlaşdırılacaq

Heydər Əliyev prospektinin köməkçi yolunda hərəkət məhdudlaşdırılacaq

Fevralın 5-də, saat 09:00-dan 16:00-dək Bakı şəhəri, Heydər Əliyev prospektinin köməkçi yolunda, tuneldə (Bağırov körpüsünün alt hissəsi, şəhər mərkəzi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar, nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan vaxt kəsiyində şəhər mərkəzi istiqamətində prospektin əsas yolundan istifadə etmələri xahiş olunur.скачать dle 10.6фильмы бесплатно
3-02-2023, 12:15
Baxıs: 194
Reyting: