Şuşa və Hadrutun topoqrafik xəritələri hazırlanacaq

“Şuşa və Hadrut qəsəbəsi üzrə topoqrafik xəritələrin hazırlanmasına başlanılıb”.

Leqal.info xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev işğaldan azad olunmuş ərazilərdə ekoloji durum, görülmüş və görüləcək işlərlə bağlı keçirilən brifinqdə bildirib.

O qeyd edib ki, nazirliyə məxsus arxivdə işğala qədər çəkilən neqativlər qorunur. Hazırda onların üzərində iş gedir və ziyanın hesablanmasında həmin neqativlərin köməyi olacaq.

F. Əliyev həmçinin bildirib ki, Azərbaycanın meşə sərvətlərinin 34 faizi işğal olunan ərazilərdə olub: “Həmin ərazilərdə dəfələrlə ermənilər tərəfindən meşə yanğınları törədilib. Bununla bağlı onlar cavab verməli olacaqlar”.

Gülnar Əliyevaскачать dle 10.6фильмы бесплатно
29-01-2021, 16:30
Baxıs: 44 426
Reyting: