Dönər və şaurmanı qadağan etmək istəyirlər
Avropa İttifaqı (Aİ) dönər və şaurmanı, o cümlədən dönər və şaurmanın ətinə əlavə edilən fosfatların istifadəsini qadağan etmək niyyətindədir.
Leqal.info BiG.AZ-a istinadən bildirir ki, Aİ-nin əsaslandığı araşdırmalara əsasən, fosfatlardan istifadə ilə ürək-damar xəstəliklərinin ortaya çıxması arasında mümkün əlaqə təsbit edilib. Öz növbəsində, dönərin hazırlandığı küçə kafelərinin sahibləri Aİ rəhbərliyinə qarşı ittihamlar irəli sürüblər. Onlar dönər-kabab və şaurmanı ən çox Türkiyədən olan immiqrantların hazırldığını bildirərək bu məsələdə ayrı-seçkilik olduğunu iddia ediblər. Aİ daxilində bu qida xüsusilə Almaniyada məşhurdur. Qeyd edilir ki, fosfatlar ətə dad qatmaq üçün əlavə olunur. |
XƏBƏR LENTİ
Bu gün, 11:16
Dünən, 12:05
Dünən, 12:05
Dünən, 12:05



































