Ağızdakı təbii dişlər bizi xərçəng xəstəliyindən xilas edirmiş

Dişlərə qulluq etmək xərçəngdən qoruya bilər. Ağızda təbii dişlər nə qədər çox olarsa, xərçəngin bəzi formalarından qaçmaq şansı o qədər yüksək olar.

Bu barədə Şimali Karolina Universitetinin (ABŞ) tədqiqatçıları xəbərdarlıq ediblər. Onların apardıqları araşdırmanın nəticələri Milli Xərçəng İnstitutunun Jurnalında dərc edilib.

Bildirilir ki, beynəlxalq tədqiqat qrupu səkkiz ölkədən təxminən 2500 xəstənin məlumatlarını təhlil edib.

Subyektlərdən ağız sağlamlığı, o cümlədən diş ətlərinin qanaması, diş fırçalama tezliyi, ağız yuyucu vasitələrdən istifadə və xərçəng diaqnozundan 10 il əvvəl dişlərin sayı və diş həkiminə müraciətlərin tezliyi barədə məlumat vermələri istənilib.

Statistik təhlillər göstərib ki, diş həkiminə tez-tez baş çəkən (nəzarət dövründə beş dəfədən çox) xəstələrin sağ qalma nisbəti 74 faizdir. Diş həkiminə, ümumiyyətlə, müraciət etməyənlər üçün isə bu göstərici 54 faiz olub.
Alimlər, həmçinin müəyyən ediblər ki, təbii dişləri olmayan xəstələrin 20-dən çox təbii dişi olan insanlara nisbətən sağ qalma ehtimalı 15% azdır.

Onlar qeyd ediblər ki, tez-tez stomatoloqa müraciət etmək xəstəliyin daha az ölümcül olduğu və müalicə oluna bilən mərhələdə aşkarlanma şansını artırır.

Qeyd edək ki, baş və boyun xərçəngi (skvamoz hüceyrəli karsinoma - cSCC) dünyada ən çox görülən xərçəng növləri siyahısında altıncı yerdədir. Onun meydana gəlməsinin əsas səbəbləri tütün və alkoqol istifadəsi ilə əlaqələndirilir.скачать dle 10.6фильмы бесплатно
9-01-2024, 16:11
Baxıs: 2 204
Reyting: