ƏMƏKSEVƏRLƏR

ƏMƏKSEVƏRLƏR


Ölkəmiz üçün yeni qurum olan bələdiyyə sistemi artıq öz işini günün tələbləri səviyyəsində qurmağa başlayıb. Bu qurumun iş prinsipi əsasən sakinlərin firavan həyatını təmin etmək, torpaq resurslarından səmərəli istifadəyə zəmin yaratmaqdır. İşlərini bu səpkidə quran bələdiyyə rəhbərindən birinin adını fəxrlə çəkmək olar. Həmsöhbətimiz Sabunçu rayon, Nardaran qəsəbə Bələdiyyəsinin sədri, Əlihüseyn Ağayev müsahibə zamanı bildirdi ki, qəsəbədaxili asfalt çəkilmişdir. Abasqulu Ağa Bakıxanov, Müslüm Maqamayev, dəniz kənarında yerləşən Mübariz İbrahimov küçəsindəki yol kənarı otlar təmizlənmiş, qəbristanlıqlar abadlaşdırılmışdır. Bu işdə əməyi olan Əlihüseyn müəllim və ərazi qəsəbə nümayəndələri Məhəmməd Əsədov və kollektivlər səy göstərmişdilər. Biz də öz növbəmizdə bu əməksevərlərə bitib tükənməyən uğurlar arzu edirik.


Ceyhun Vaqifoğluскачать dle 10.6фильмы бесплатно
16-08-2023, 16:41
Baxıs: 139
Reyting: