Yeni koronavirus variantı ortaya çıxa bilər - XƏBƏRDARLIQ
“COVID-19-un daha təhlükəli variantının ortaya çıxması riski hələ də davam edir”.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib. O, 3 ay əvvəl COVID-19-un beynəlxalq əhəmiyyətli ictimai sağlamlıq vəziyyəti olaraq sona çatdığını, lakin qlobal sağlamlıq təhlükəsi olmağa davam etdiyini bildirib. Baş katib ÜST-ə məlumat verən ölkələrin sayında da azalmanın olduğunu bildirib: “Bu o demək deyil ki, digər ölkələrdə ölüm və ya xəstəxanaya yerləşdirilmə halları yoxdur, bu o deməkdir ki, onlar bu barədə ÜST-ə məlumat vermirlər”. |
XƏBƏR LENTİ
Bu gün, 10:40
Bu gün, 10:27
Bu gün, 10:12
Dünən, 19:08
Dünən, 19:02
Dünən, 17:46



































