Maye sabunun zərərləri: Qoxular süni üsulla alınır

Maye sabunun zərərləri: Qoxular süni üsulla alınır

Son illər məişətdə maye sabunlardan istifadə daha geniş yayılıb.

Hətta artıq onların adi sabunları üstələdiyini demək mümkündür. Bu da maye sabunların qoxusu, qablarda olması, asan istifadəsi və s. ilə bağlıdır. Maye sabunlardan istifadə ilə gigiyenik qaydalara riayət etdiyimizi düşünsək də, bəzən yanlışlığa yol veririk. Belə ki, mütəxəssislər belə sabunların bəzi zərərlərinin olduğunu bildirirlər.

Bəs, bu zərərlər hansılardır? Maye sabunların tərkibi hansı maddələrədn ibarətdir? Fəsadlardan qorunmaq üçün nə etmək lazımdır?

Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla Bakupost.az-a açıqlamasında bildirib ki, ölkəyə daxil olan bütün məhsulların təhlükəsizlik sertifikatları olmalıdır:

”Bütün məişət malları, qida və gigiyenik vasitələr müəyyən testlərdən keçməlidir. Hətta bəzən alınan malların harada istehsal olunduğu belə məlum olmur. Avropa istehsalı olan tanınmış firmaların malları müxtəlif dermatoloji testlərdən keçir, yoxlanılır, təhlükəsizlik parametrləri qeyd olunur və onlara sertifikat verilir. Biz də bu cü malların idxalına üstünlük verməliyik. İlk növbədə bu malların təhlükəsizlik məsələsi diqqətdə olmalıdır. Məhsulu ölkəyə gətirən şirkətlər məsuliyyət daşımalıdır. Məsələ müqavilə bağlanan firmalarla araşdırılmalıdır”.

Onun sözlərinə görə, maye sabunlardakı bitki qoxuları da aldadıcıdır:

“Bəzi məhsulların üzərində bitki rəsmi olur. Bu onu göstərir ki, məhsul həmin bitkidən alınıb. Lakin belə deyil. Göstərilən bitki qoxularını komputer texnologiyasının köməyi ilə də almaq mümkündür. Bunlar sintetik maddələrdən alınır. Təbii maddələrdən alınan məhsullar çox bahadır. Ona görə də istifadə edilən bu maddələr dərini qıcıqlandıra və orqanizmə mənfi təsir göstərə bilər”.скачать dle 10.6фильмы бесплатно
11-07-2023, 15:22
Baxıs: 72
Reyting: