18 yaşdan kiçik şəxslər üçün muzey və sərgilərə giriş PULSUZ OLACAQ

18 yaşdan kiçik şəxslər üçün muzey və sərgilərə giriş PULSUZ OLACAQ

Özbəkistanda payızdan başlayaraq uşaqlar tarixi yerləri, dövlət muzeylərini, sərgiləri pulsuz ziyarət edə biləcəklər.

Müvafiq sərəncamı Prezident Şavkat Mirziyoyev imzalayıb.

Sərəncama əsasən, bu il sentyabrın 1-dən 18 yaşına çatmamış Özbəkistan vətəndaşlarının mədəni irs obyektlərinə pulsuz səfəri proseduru tətbiq ediləcək.

Belə ki, uşaq və yeniyetmələr tarixi abidələri, ziyarətgahları, dövlət muzeylərini və sərgiləri pulsuz ziyarət edə biləcəklər.

Qeyd olunub ki, bu qərar gənclərdə Vətənə məhəbbət və xalqın zəngin mədəni irsi ilə fəxr hissi formalaşdırmaqla bağlı qəbul edilib.скачать dle 10.6фильмы бесплатно
9-05-2023, 09:57
Baxıs: 142
Reyting: