Turistlərin NƏZƏRİNƏ: Kvota tətbiq ediləcək

Turistlərin NƏZƏRİNƏ: Kvota tətbiq ediləcək

İndoneziyanın Bali adası xarici turistlər üçün kvota sistemi tətbiq edəcək.

Bunu adanın qubernatoru Vayan Koster bildirib.

Onun sözlərinə görə, bu tədbir adada qalma qaydalarını sistemli şəkildə pozan turistlərin sayının artmasına cavab olacaq.

Qubernatorun sözlərinə görə, əksər hallarda belə turistlər Rusiyadan gəlir.

Koster bildirib ki, mümkün kvota sistemi əcnəbilərin Bali adasına planlaşdırılan səfərdən bir il əvvəl qeydiyyatdan keçmələrini və ölkəyə daxil olmaq üçün öz növbəsini gözləmələrini tələb edir:

“Kvota olarsa, insanlar növbəyə durmalı olacaqlar. Gələn il gəlmək istəyənlər indi qeydiyyatdan keçməlidirlər. Tətbiq etmək istədiyimiz sistem budur”.

Qubernator xarici turistlərin davranışını kvotaların tətbiqinin əsas səbəblərindən biri adlandırıb.

Onun sözlərinə görə, 2023-cü ilin yanvarından İndoneziyadan 101 əcnəbi vətəndaş deportasiya edilib, onların da 27-si rusdur.

Qeyd olunub ki, Balidəki bəzi ruslar turist vizası məhdudiyyətlərinə məhəl qoymur və adada nəzərdə tutulduğundan daha uzun müddət qalırlar.скачать dle 10.6фильмы бесплатно
5-05-2023, 12:36
Baxıs: 176
Reyting: