Sabah hava necə olacaq? - PROQNOZ

Sabah hava necə olacaq? - PROQNOZ

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-27° isti, gündüz 32-37° isti olacaq.

Bakıda gecə 24-26° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 60-65 % olacaq. Həmçinin Abşeron çimərliklərində gözlənilən hava şəraiti də məlum olub. Qeyd olunub ki, mülayim şimal-qərb küləyi əsəcək.

Dəniz suyunun temperaturuna gəlincə isə, şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 26-27° isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-38° isti, dağlarda gecə 9-14° isti, gündüz 20-25° isti olacaq.скачать dle 10.6фильмы бесплатно
4-08-2022, 12:57
Baxıs: 317
Reyting: