İnstaqramda bir sıra funksiyalar dəyişəcək

İnstaqramda bir sıra funksiyalar dəyişəcək

İnstaqramın baş direktoru Adam Mosseri istifadəçilərin “TikTok”un surətçıxarma ilə bağlı tənqidindən sonra tətbiqdə bir sıra funksiyaları dəyişəcəklərini açıqlayıb.

Bu barədə “RBK-Ukrayna” “Platformer”ə istinadən məlumat yayıb.

İstifadəçilər tamekranlı video interfeysdən narazı idilər, həmçinin instaqramdan “TikTok”u kopyalamağı dayandırmağa çağıran müxtəlif onlayn fləşmoblar təşkil edirdilər.

Növbəti bir neçə həftə ərzində sosial şəbəkə əvvəlki lent formatına qayıtmağı planlaşdırır. İnstaqram, həmçinin təsadüfi hesablardan tövsiyə olunan postların sayını azaldacaq.

“Geriyə doğru böyük bir addım atıb yenidən qruplaşmalı və bundan sonra nə edəcəyimizi anlamalıyıq”, - A.Mosseri deyib.

İnstaqramın gələcəkdə istifadəçilərin istəkləri əsasında yeniləmələr buraxacağı da gözlənilir.скачать dle 10.6фильмы бесплатно
30-07-2022, 09:55
Baxıs: 281
Reyting: