Seninem.Az > Kriminal / Manşet Yuxarı / Manşet Sağ > Goranboy sakinində avtomat və narkotik aşkarlanıb - FOTO
Goranboy sakinində avtomat və narkotik aşkarlanıb - FOTOTarix: 30-05-2023, 09:50. Müəllif: admin2 |
Goranboy sakinində avtomat və narkotik aşkarlanıb. Bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib. Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Ramin Muradov saxlanılıb. Üzərindən 465 qram marixuana aşkar edilən şübhəli şəxsin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində onun yaşadığı Dəliməmədli şəhərində odlu silah da gizlətməsi məlum olub. Şəhər ərazisində olan körpülərdən birinin alt hissəsinə baxış keçirilən zaman oradan 1 ədəd “Kalaşnikov” avtomatı, 1 ədəd həmin avtomata məxsus daraq və 30 ədəd 5,45 mm-lik patron aşkar edilərək götürülüb. Aşkar edilən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir. Geri Qayıt |