Goranboy sakinində avtomat və narkotik aşkarlanıb - FOTO

Goranboy sakinində avtomat və narkotik aşkarlanıb - FOTO

Goranboy sakinində avtomat və narkotik aşkarlanıb.

Bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Ramin Muradov saxlanılıb. Üzərindən 465 qram marixuana aşkar edilən şübhəli şəxsin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində onun yaşadığı Dəliməmədli şəhərində odlu silah da gizlətməsi məlum olub. Şəhər ərazisində olan körpülərdən birinin alt hissəsinə baxış keçirilən zaman oradan 1 ədəd “Kalaşnikov” avtomatı, 1 ədəd həmin avtomata məxsus daraq və 30 ədəd 5,45 mm-lik patron aşkar edilərək götürülüb.

Aşkar edilən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir.скачать dle 10.6фильмы бесплатно
30-05-2023, 09:50
Baxıs: 137
Reyting: