"Yeni Bakı" Yaşayış Kompleksinin komendantı kafedə 3 "makler"i güllələyib

Abşeron rayonunun Masazır qəsəbəsində baş verən silahlı insidentin təfərrüatları məlum olub.

Leqal.info xəbər verir ki, "Yeni Bakı" Yaşayış Kompleksindәn "Report"a verilən məlumata görə, hadisə kompleks ərazisində deyil, qәsәbәdә yerləşən "Qәbәlә" kafesindәki ev alqı-satqısı ofisindә baş verib.

Münaqişəyə ev alqı-satqısı ilә mәşğul olan şәxslәrlə şәhәrciyin komendantı Ehtiram Yusifov arasında söyüş üstündə yaranan mübahisə səbəb olub. Silahlı insident zamanı yaralanan şәxslәr "Yeni Bakı" yaşayış kompleksinin sakinlәri deyil.

***03:11

Abşeron rayonunun Masazır qəsəbəsində 3 nəfərin yaralanması ilə nəticələnən silahlı insident baş verib.

"Report" xəbər verir ki, hadisə qəsəbədə yerləşən "Yeni Bakı" yaşayış kompleksinin ərazisində qeydə alınıb.

İnsident zamanı "Vinçester" markalı odlu silahdan açılan atəş nəticəsində 1994-cü il təvəllüdlü Kamran Qasımov sağ ayaq, 1990-cı il təvəllüdlü Talıbov Məmməd döş və qarın və 1980-cı il təvəllüdlü Gəncəliyev Zaur döş və qarın nahiyələrindən çoxsaylı qırma yaraları alıb. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Yaralıların sözlərinə görə, onlara atəş açan şəxs "Yeni Bakı" Yaşayış Kompleksinin komendantı Ehtiram adlı şəxsdir.скачать dle 10.6фильмы бесплатно
28-04-2019, 12:07
Baxıs: 40 616
Reyting: