Bakıda mənzildə 64 yaşlı kişinini cəsədi aşkarlanıb

Bakının Yasamal rayonunda mənzildə cəsəd aşkarlanıb.

"Leqal.info" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1954-cü il təvəllüdlü Hacıbəyov Saleh Məmmədrza oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.скачать dle 10.6фильмы бесплатно
18-11-2018, 18:35
Baxıs: 47 326
Reyting: