Prokuror tanınmış mebel mağazasının satış menecerinə cəza istəyib

Məhkəmənin növbəti iclası noyabrın 19-na təyin edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə təqsirləndirilən Tural Gülüşovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Leqal.info-nun "Report"a istinadən xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

Dövlət ittihamçısı çıxışında onun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası noyabrın 19-na təyin edilib.

İttiham aktına əsasən, T.Gülüşov "Modern" mebel şirkətinin Babək prospektində yerlən "Green Wood" mağazasında satış müdiri və menecer vəzifəsində çalışan zaman vəzifə səlahiyyətlərindən sui-istifadə edib.

Belə ki, o, şirkətin digər əməkdaşı Əfsanə Rəhmanova ilə qabaqcadan əlbir olaraq şirkətə məxsus malları satıblar, əldə edilən qazancı mənimsəyiblər.

Şirkətə vurulmuş ümumi ziyan isə 108 min manat məbləğində müəyyənləşdirilib. T.Gülüşov məhkəmədə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildiyini deyib.

O qeyd edib ki, dəymiş ziyandan 11 min manatı özü, 10 mini isə R.Rəhmanova ödəyib.

R.Əhmədova hamilə olduğu üçün onun cinayət işi ayrıca icraata verilib və eyni ittihamla təqsirli bilinir.

Xatırladaq ki, T.Gülüşov Cinayət Məcəlləsinin 179.3.2-ci (məmimsəmə; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.скачать dle 10.6фильмы бесплатно
12-11-2018, 14:58
Baxıs: 43 347
Reyting: