Gənc oğlan “KamAZ”ın altında can verdi
Sabirabadda piyada vurulub.
Leqal.info APA-ya istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Sabirabad rayonunun Çöl Beşdəli kəndində qeydə alınıb. “KamAZ” markalı, 49 BH 338 dövlət nömrə nişanlı yük avtomobili yolu keçən, rayonun Nəsimi kənd sakini, 1990-cı il təvəllüdlü Sadıqov Racu Aydın oğlunu vurub. Piyada müxtəlif bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Faktla bağlı Sabirabad polis şöbəsi tərəfindən araşdırma aparılır. |
XƏBƏR LENTİ
Dünən, 08:01
Dünən, 07:59
Dünən, 07:57
Dünən, 07:51
Dünən, 07:36





































