Rusiyada Azərbaycan vətəndaşı intihar edib

Rusiyanın Saxalin vilayətində Azərbaycan vətəndaşı intihar edib.

Saxalindəki Azərbaycan icmasından APA-nın Rusiya bürosuna verilən məlumata görə, Azərbaycan vətəndaşı 30-35 yaşlı Məmmədov Elşən Fəxrəddin oğlu yaşadığı evdə özünü asaraq intihar edib.

Əslən Azərbaycanın Tovuz rayonunun Düz Qırıqlı kəndindən olan Elşən Məmmədov Saxalində ticarətlə məşğul olub. Mərhum intihar etməmişdən öncə məktub yazıb. E. Məmmədovun külli miqdarda borcunun olduğu və bu səbəbdən canına qəsd etdiyi bildirilib.

Yaxın günlərdə mərhumun cəsədi dəfn olunması üçün Azərbaycana göndəriləcək.скачать dle 10.6фильмы бесплатно
11-03-2018, 15:22
Baxıs: 41 035
Reyting: