“Bakı Bus” avtobusu qəza törətdi
Faktı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev təsdiqləyib
Bakı Bus MMC-nin 3 nömrəli avtobusu ölümlə nəticələnən qəza hadisəsi törədib. Hadisə şahidlərinin Axar.az-a verdiyi məlumata görə, hadisə “Koroğlu” parkı ərazisi tərəfdə baş verib. Təxminən səhər 11 radələrində yolu keçmək istəyən 50 yaşlarında xanımı 3 nömrəli avtobus vurub. Qəza nəticəsində hələlik adı məlum olmayan piyada dünyasını dəyişib. Faktı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev təsdiqləyib. Bildirib ki, hadisə ilə bağlı məlumat veriləcək. |
XƏBƏR LENTİ
Dünən, 08:01
Dünən, 07:59
Dünən, 07:57
Dünən, 07:51
Dünən, 07:36





































