Özünü “DTX-nin idarə rəisi” kimi tanıdan şəxs tutuldu

Bakıda özünü Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin paytaxt rayonlarından biri üzrə idarəsinin rəisi kimi təqdim edərək vətəndaşlardan müxtəlif adlar altında dələduzluq yolu ilə pul alan şəxs tutulub.

“Qafqazinfo” DTX-yə istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı Alıyev Eldəniz Kamil oğlu DTX tərəfindən həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində müəyyən edilərək şübhəli şəxs qismində saxlanılıb.

E.Alıyev cinayət məsuliyyətinə cəlb edilib.
Özünü “DTX-nin idarə rəisi” kimi tanıdan şəxs tutuldu скачать dle 10.6фильмы бесплатно
17-02-2018, 16:19
Baxıs: 22 322
Reyting: