Sabiq MTN polkovnikləri əmlaklarının üzərindən həbsin götürülməsini istəyir

Sabunçu rayon Məhkəməsində ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Leqal.info
-nun APA-ya istinadən xəbərinə görə, prosesdə təqsirləndirilən MTN polkovnikləri - Fizuli Əliyev və Natiq Alıyev ifadə verərək, həbs qoyulmuş əmlakların hələ vəzifədə çalışdıqları dövrdən əvvəl alındığını əsas gətirib, onların bir hissəsinin ailə üzvlərinə aid olduğunu bildiriblər. Onlar əmlakların üzərinə qoyulan həbsin götürülməsini istəyiblər.

F. Əliyevin vəkili İlyas Kərimov da vəsatətlə çıxış edərək, əmlakla bağlı təqsirləndirilən şəxsin yaxınlarının məhkəməyə çağırılaraq dindirilməsi haqqında vəsatət qaldırıb.

Məhkəmə vəsatəti hazırkı mərhələdə baxılmamış saxlayıb.

Proses fasilədən sonra davam etdiriləcək.

İttihama əsasən, təqsirləndirilən şəxslər 2004-2015-ci illərdə mütəşəkkil dəstə tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimiyyətdən və öz qulluq mövqelərindən sui-istifadə ediblər.

Onlara Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 178.3.1, 178.3.2 (dələduzluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə )v’ digər maddələri ilə ittihamlar irəli sürülüb.скачать dle 10.6фильмы бесплатно
5-02-2018, 14:13
Baxıs: 24 574
Reyting: