Bakıda icra başçısı müavininin qəza törətmiş oğluna hökm oxundu
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadovun oğlu Elmir İbadovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Leqal.info APA-ya istinadən xəbər verir ki, məhkəmənin hökmü ilə E. İbadov 5 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi haqqında qərar qəbul edilib. Qeyd edək ki, Elmir İbadov bu il avqustun 22-də idarə etdiyi "Range Rover" markalı avtomobillə yaşlı qadını vurub və qadın ölüb. |
XƏBƏR LENTİ
Dünən, 08:18
Dünən, 08:04
Dünən, 08:04
Dünən, 08:04
Dünən, 08:04
27-03-2024, 10:01
27-03-2024, 10:01
27-03-2024, 10:01