Azərbaycanlı “qanuni oğru”nun qardaşı öldürüldü

2013-cü ildə Türkiyədə öldürülən cinayət aləminin tanınmış üzvü, "Lotu Qoca" kimi məşhurlaşan Əlibala Həmidovun qardaşı Tərlan Həmidov ölü tapılıb.

Leqal.info BakuPost.az-a istinadən xəbər verir ki, onun meyiti bu gün səhər Moskvada yaşadığı mənzildə aşkarlanıb.
T.Həmidovun ölüm səbəbi barədə hələlik dəqiq məlumat yoxdur. Lakin onun qardaşının düşmənləri tərəfindən öldürülməsini ehtimal edilir.

Qeyd edək ki, "Qoca”nın qətlində ondan bir qədər əvvəl öldürülən "Ded Xasan"ın tərəfdarlarının adı hallandırılırdı. Bildirilirdi ki, Moskvada fəaliyyətdə olan "Ded Xasan" qruplaşmasının üzvləri "Lotu Qoca"ya onlardan uzaqlaşmasını bağışlaya bilməyiblər.

Həmin vaxt Rusiya mediasında "Ded Xasan"ın öldürülməsindən sonra onun mövqeyini dəyişərək "Rövşən Lənkəranski"nin tərəfinə keçməsi vurğulanırdı. Bildirilirdi ki, "Lotu Qoca" İstanbulda gürcü "qanuni oğru"ların əhatəsində olarkən "Ded Xasan"ın adamları tərəfindən atəşə tutulub.скачать dle 10.6фильмы бесплатно
2-09-2017, 14:31
Baxıs: 1 620
Reyting: