DİN-dən avtobus sürücüsünə silah çəkən şəxslə bağlı

Daxili İşlər Nazirliyi Bakıda marşrut avtobusunda sərnişinin sürücüyə silah çəkməsi ilə bağlı yayılan video-görüntülərə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, dünən saat 20.25 radələrində Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə naməlum sərnişinin avtobusda odlu silaha oxşar əşya ilə avtobusun sürücüsünü hədələməsi barədə məlumat daxil olub.

Dərhal Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində bu xuliqanlıq hərəkətini törədən şəxsin şəxsiyyəti tam müəyyənləşib. Hazırda onun saxlanılması üçün tədbirlər görülür.

Leqal.infoскачать dle 10.6фильмы бесплатно
19-08-2017, 11:12
Baxıs: 559
Reyting: