Məhkəmədə keçmiş MTN polkovnikinə bəraət istənilib

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş Əks Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə M. Əsgərovun vəkilləri müdafiə çıxışı ediblər. Onlar M. Əsgərovun təqsiri olmadığını deyib, barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər. İclasda son sözlə çıxış edən M. Əsgərov da məhkəmədən bəraət istəyib.

Zərərçəkmiş şəxs Vidadi Əzizovun nümayəndəsi istintaqın təzələnməsini istəyib və bununla bağlı vəsatət verib. Məhkəmə vəsatəti təmin etməyib.
İclasda V. Əzizovun anası ilə Mirəziz Əsgərov arasında mübahisə də baş verib. V. Əzizovum anası oğlunun şəhid olduğunu deyib. M. Əsgərov isə şəhidlərə hörmətlə yanaşdığını, lakin onun oğlunun şəhid statusunun olmadığını bildirib. Bu zaman onlar arasında mübahisə yaranıb, hakim qadının zaldan çıxarılmasına göstəriş verib.

Məhkəmə müşavirəyə gedib. Proses avqustun 7-də davam etdiriləcək. Həmin gün hökm elan olunacağı gözlənilir.


Qeyd edək ki, ötən iclasda prokuror çıxış edib. O, M. Əsgərovun 2 il rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, Mirəziz Əsgərov zərərçəkmişlərdən hədə-qorxu yolu ilə pul tələb etməkdə və digər ağır cinayətlərdə ittiham olunur.

Ona qarşı Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham irəli sürülüb.

Leqal.infoскачать dle 10.6фильмы бесплатно
4-08-2017, 18:45
Baxıs: 547
Reyting: