İşlədiyi kafenin sahibini 23 bıçaq zərbəsi ilə öldürən tələbəyə AĞIR CƏZA

Gəncədə qətl hadisəsi törətməkdə təqsirləndirilən Samir Hüseynovun cinayət işi üzrə məhkəmə istintaq başa çatıb.



Arazxeber. az-n əldə etdiyi məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.



Məhkəmənin hökmü ilə ona 17 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.



Qeyd: Hadisə 27 iyun 2023-cü il tarixdə saat 01 radələrində Gəncənin Nizami Gəncəvi prospektində yerləşən kafedə baş verib. Kafeni işlədən Şəmkir rayon sakini Kamil Cəfərova aralarında yaranan mübahisə zamanı Zəngilan rayon sakini S.Hüseynov tərəfindən bir neçə bıçaq zərbəsi endirilib.



Nəticədə kafenin sahibi hadisə yerində ölüb. Tələbə olan S.Hüseynov kafedə müvəqqəti günəmuzd işləyirmiş.



Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi üzrə ittiham elan edilib.



İttihama görə, S.Hüseynov mərhuma ümumilikdə 23 ədəd deşilmiş-kəsilmiş yara bədən xəsarətləri yetirib.скачать dle 10.6фильмы бесплатно
14-06-2024, 12:54
Baxıs: 379
Reyting: