Ordubadda həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı

İyunun 13-də bir nəfər Ordubad rayonun Unus kənd sakininin bıçaq zərbəsi alaraq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.



Prokurorluqdan daxil olan məlumata görə araşdırmalar zamanı 1976-cı il təvəllüdlü Rəsulov Bəxtiyar Sərdar oğlunun qisas motivi ilə həmkəndlisi 1974-cü il təvəllüdlü Tağıyev İbrahim Əsədulla oğluna bıçaq xəsarəti yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.



Rəsulov Bəxtiyar Sərdar oğlu şübhəli şəxs qismində tutulub.



Ordubad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.скачать dle 10.6фильмы бесплатно
14-06-2024, 12:05
Baxıs: 275
Reyting: