Xaçmazda ər arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT

Sumqayıt Apellyasiya Məhkəməsində Xaçmazda həyat yoldaşını öldürməkdə təqsirləndirilən Şamil Turabovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.



Arazxeber.az-n əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.



Qərara əsasən, şikayət təmin edilməyib.



Xatırlatma: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.



Qeyd: Hadisə 2023-cü il sentyabrın 8-də saat 17:30 radələrində Xaçmaz rayonu Yeni Həyat qəsəbəsində qeydə alınıb.



Belə ki, 1982-ci il təvəllüdlü Ş.Turabov birgə yaşadıqları evdə qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı, 1980-ci il təvəllüdlü Aynurə Turabovaya kəsici-deşici alətlə xəsarətlər yetirərək onun ölümünə səbəb olub. Daha sonra isə o, eyni alətlə özünə xəsarət yetirib.



Ş.Turabova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham irəli sürülüb.



İttihamda göstərilib ki, təqsirləndirilən şəxs arvadını əvvəllər qonşuları olmuş şəxs ilə aralarında sevgi münasibətlərinin olması və arvadının ona qarşı saymazyana münasibət göstərməsi səbəbindən öldürüb. O, yataq otağında bıçaqla qadının kürək nahiyəsinə qəsdən bir zərbə vurub, sonra qadının boğaz nahiyəsini kəsərək qətlə yetirib.
скачать dle 10.6фильмы бесплатно
14-06-2024, 11:03
Baxıs: 185
Reyting: