Tərtərdə avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ
Tərtərdə piyadanın ölümü ilə nəticələnən qəza baş verib.
Hadisə Bərdə-Ağdam avtomobil yolunun Dörtyol 1 qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Hələlik şəxsiyyəti məlum olmayan “Mercedes” markal minik avtomobilinin sürücüsü yolu keçmək istəyən Ağdam rayon sakini 1993-cü il təvəllüdlü Niftəliyev Samir Məhərrəm oğlunu vurub. Piyada aldığı ağır bədən xəsarətlərdən hadisə yerindəcə ölüb. Faktla bağlı araşdırma aparılır. |
XƏBƏR LENTİ
Dünən, 14:36
Dünən, 09:00
Dünən, 09:00
Dünən, 09:00
Dünən, 09:00







