Qaçırdığı maşınla qəza törədən şəxs SAXLANILDI

Qaçırdığı maşınla qəza törədən şəxs SAXLANILDI

Nəqliyyat vasitəsini qaçıraraq yol-nəqliyyat hadisəsi törədən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, avqustun 2-də saat 21 radələrində Xətai rayonu ərazisindəki avtoyuma məntəqələrinin birindən “Hyundai” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Xətai RPİ 36-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla avtomobilin paytaxt sakini Niyazi Çatdayev tərəfindən qaçırılması və idarə edilərkən Cavanşir küçəsində “Kia” markalı avtomobillə toqquşması müəyyən olunub.

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən N.Çatdayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.скачать dle 10.6фильмы бесплатно
3-11-2023, 18:06
Baxıs: 794
Reyting: