İmtahana ayaqqabısının altında telefon keçirmək istədi

İmtahana ayaqqabısının altında telefon keçirmək istədi

I qrup üzrə qəbul imtahanı zamanı abituriyentin ayaqqabısının altında mobil telefon aşkarlanıb.

Bu barədə DİM-in nəzarətçisi Elyar İslamoğlu sosial şəbəkə hesabında paylaşım edib.

Məsələ ilə bağlı açıqlama verən E.İslamoğlu bildirib ki, hadisə iyunun 4-ü baş verib. Həmin abituriyentin ayaqqabısının altında imtahan zalına keçirmək istədiyi telefon yoxlanış zamanı tapılıb.

Yayılan foto ilə bağlı Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə bildirib ki, təəssüf ki dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, belə hallar tez-tez təkrarlanır.

Qeyd edək ki, imtahan zamanı telefon aşkar edilməsi imtahan nəticəsinin ləğv edilməsinə səbəb olur.скачать dle 10.6фильмы бесплатно
5-06-2023, 12:44
Baxıs: 187
Reyting: