Yol kənarında oturan qadını maşın vurub öldürdü

Yol kənarında oturan qadını maşın vurub öldürdü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Dünən saat 08:30 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsində Ələkbərov Anar Yasin oğlunun idarə etdiyi “Chevrolet Cruz” markalı avtomobillə Qasımov Ələddin Rafiq oğlunun idarə etdiyi “Hyundai Santafe” toqquşub. Nəticədə “Hyundai Santafe” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında əyləşmiş Həsənova Xuraman Mobil qızını vurub. Sabunçu Tibb Mərkəzinə aparılan qadın orada ölüb.

Faktla bağlı Sabunçu RPİ-də cinayət işi başlanılaraq istintaq aparılır.скачать dle 10.6фильмы бесплатно
4-05-2023, 10:39
Baxıs: 202
Reyting: