Bakıda ana və qızı bıçaqlandı - YENİLƏNİB

Bakıda ana və qızı bıçaqlandı - YENİLƏNİB

Bakıda bir nəfərin ölümü, daha bir nəfərin yaralanması ilə bağlı cinayət işi başlanıb.

Bu barədə KONKRET.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, fevralın 2-si, saat 01 radələrində Sabunçu rayonu ərazisində 2009-cu il təvəllüdlü Günay Şadatovanın xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı Zaur Babayevin bıçaqla 1980-ci il təvəllüdlü Əfsanə Şadatova və onun qızı Günay Şadatovaya xəsarət yetirməsi və sonuncunun aldığı xəsarətdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.
скачать dle 10.6фильмы бесплатно
2-02-2023, 11:14
Baxıs: 258
Reyting: