Qubadan Bakıya gələn avtobus aşdı - RƏSMİ

Qubadan Bakıya gələn avtobus aşdı - RƏSMİ

Siyəzən rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi barədə açıqlama verilib.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, Bakı-Quba yolunun 98-ci kilometrliyində “Hyundai” markalı 50-EA-628 markalı sərnişin daşıyan avtobus qarşısına mal-qara çıxdığı üçün avtomobili dayandırıb:

“Avtomobil dayanandan sonra sürüşməyə başlayıb və yolun kənarına aşıb. Hadisə zamanı sürücü və sərnişinlər arasında xəsarət alan olmayıb. Hazırda faktla bağlı araşdırma aparılır”.скачать dle 10.6фильмы бесплатно
11-01-2023, 09:20
Baxıs: 457
Reyting: