“Kişi həkim baxmasın” deyərək ərini çağırdı - Qəzəbli ər isə... (FOTO)

“Kişi həkim baxmasın” deyərək ərini çağırdı - Qəzəbli ər isə... (FOTO)

Türkiyənin İzmir şəhərində Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Mücahit Furkan Balcı müayinə etdiyi qadının əri tərəfindən döyülüb.
Həkim müayinə üçün qəbul etdiyi qadının şikayətini dinləyib. Bu vaxt qadın ərinin də içəri girməsini xahiş etsə də, həkim razı olmayıb.
Bu səbəbdən qadın “kişi həkimin müayinəsindən keçmək istəmirəm” -deyərək çölə çıxıb. Bir müddət sonra qadın və həyat yoldaşı həkimin yanına qayıdaraq qapının qarşısında mübahisə etməyə başlayıb. Mübahisə zamanı qadının əri yumruq ataraq həkimin burnunu sındırıb. Həkim qadının ərini şikayət edib və o, hadisə yerində saxlanılıb.
скачать dle 10.6фильмы бесплатно
1-12-2022, 12:40
Baxıs: 508
Reyting: