Bakıda bir ailənin 4 üzvünü avtomobil VURDU

Bakıda bir ailənin 4 üzvünü avtomobil VURDU

Bakının Binəqədi rayonunda ağır yol qəzası zamanı ikisi azyaşlı olmaqla 4 nəfər xəsarət alıb.

Hadisə Şamaxı şosesində qeydə alınıb.

Şosenin Sulutəpə qəsəbəsi ərazisinə düşən hissəsində yolu keçən 1981-ci il təvəllüdlü Abdulxalıqov Ceyhun Babaverdi oğlu, onun həyat yoldaşı, 1988-ci il təvəllüdlü Abdulxalıqova Suğra Fərzalı qızı, övladları - 2011-ci il təvəllüdlü Abdulxalıqov Yusif və 2009-cu il təvəllüdlü Abdulxalıqova Fatiməni “Toyota” markalı maşın vurub.

Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, ana və oğlun vəziyyəti ağırdır.

Faktı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

APAскачать dle 10.6фильмы бесплатно
1-08-2022, 09:21
Baxıs: 329
Reyting: