Gəncədə 16 yaşlı qız

Gəncə şəhərində gənc qız oğurlanıb.

“Leqal.info”nun xəbərinə görə, hadisə şəhərin Kəpəz rayonu ərazisində baş verib.

Belə ki, qızın atası Kəpəz Rayon Polis İdarəsinə (RPİ) müraciət edərək 2003-cü il təvəllüdlü övladının naməlum şəxs tərəfindən oğurlandığını bildirib.

Kəpəz və Daşkəsən rayon polis şöbələrinin (RPŞ) əməkdaşları tərəfindən qızın Daşkəsən rayon sakini, 2000-ci il təvəllüdlü A.Həsənov tərəfindən oğurlandığı müəyyən edilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı A.Həsənov saxlanılıb, gənc qız ailəsinə təhvil verilib.скачать dle 10.6фильмы бесплатно
17-10-2019, 17:45
Baxıs: 45 480
Reyting: