“Günay Bank”ın səhmdarlarından biri
“Günay Bank” ASC-nin səhmlərinin 1,31%-nə nəzarət edən Ceyran Ələsgərova vəfat edib.
Leqal.info “Report”a istinadən xəbər verir ki, onun payı avtomatik olaraq varisinə - Bankın əsas səhmdarı və Müşahidə Şurasının sədri Mahmud Məmmədova keçib. Son nəticədə M.Məmmədovun payı 50,81%-dən 52,13%-ə yüksəlib. “Günay Bank”ın səhmlərinin qalan 38,94%-i əvvəlki qaydada Yeganə Şirinovaya (“Günay Sığorta” ASC-nin 71,94%-lik səhmdarı), 2,67%-i Günay İldırımzadəyə, 2,31%-i Xanım Məmmədovaya (MŞ-nın keçmiş üzvü, “Günay Sığorta”nın 11,45%-lik səhmdarı), 1,12%-i Samir Cəfərova, 1,1%-i Mahir Xəlilova, yenə də 1,1%-i Əhəd Şirinova (MŞ-nın keçmiş üzvü), 0,63%-i isə Fransa vətəndaşı Əhməd Mehribaniyə məxsusdur. |
XƏBƏR LENTİ
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57