“Diqlas” ticarət mərkəzində anbarlardan mallarını çıxarmış sahibkarların sayı dəqiqləşdirilib

"Bakının Nizami rayonunda yerləşən “Diqlas” ticarət mərkəzində baş vermiş yanğın zamanı zərərçəkmiş 89 sahibkar mallarını anbarlardan çıxarıb”.

Leqal.info xəbər verir ki, bunu “Report”a İqtisadiyyat Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirib.

Onun sözlərinə görə, sahibkarların bir hissəsi yanmamış malları götürüblər: “Yararsız hala düşmüş mallar isə Suraxanıda ayrılmış xüsusi anbara göndərilib”.

İqtisadiyyat, Maliyyə, Daxili İşlər, Fövqaladə Hallar nazirliklərinin və Baş Prokurorluğun, Dövlət Gömrük Komitəsinin, Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşlarının iştirakı ilə sözügedən mallar sahibkarlara təhvil verilib.

“Diqlas” ticarət mərkəzində 441 sahibkar fəaliyyət göstərirdi.

Xatırladaq ki, Nizami rayon, Qara Qarayev küçəsi, 81Q ünvanında yerləşən ticarət mərkəzində fəaliyyət göstərən və 2019-cu il martın 26-da həmin ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi məqsədi ilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İqtisadiyyat Nazirliyinə ilkin olaraq 3 milyon manat ayrılıb. İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış danışıqların nəticəsində əldə olunmuş razılaşmaya əsasən, ticarət mərkəzində baş vermiş yanğında zərər çəkən sahibkarlara 5 ay icarə haqqı ödənilməmək şərti ilə 8 ticarət mərkəzi təklif olunub.скачать dle 10.6фильмы бесплатно
9-04-2019, 15:19
Baxıs: 65 959
Reyting: