Azərbaycanda sahibkarlara dövlət dəstəyi mexanizmi modernləşdirilir

İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsi arasında ticarətin asanlaşdırılması barədə Anlaşma Memorandumu imzalanıb.

Leqal.info-nun Trend-ə istinadən məlumatına görə, sənədi bu gün "Azərbaycan Respublikasının regionlarının 2014-2018 -ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş konfrans çərçivəsində iqtisadiyyat naziri Şahin Mustafayev və Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev imzalayıb.

Sənəddə ticarətin asanlaşdırılması istiqamətində birgə tədbirlərin görülməsi, dayanıqlı iqtisadi inkişafın təmin edilməsi və iqtisadiyyatın şaxələndirilməsi, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, xarici ticarət iştirakçılarına əlverişli biznes mühitinin yaradılması, idxal-ixrac əməliyyatlarının optimallaşdırılması və digər sahələr üzrə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.скачать dle 10.6фильмы бесплатно
29-01-2019, 18:53
Baxıs: 51 494
Reyting: