Azərbaycanda Rusiya Federal Gömrük Xidmətinin nümayəndəliyi açıla bilər

Rusiyanın Federal Gömrük Xidməti 3 yeni ölkədə gömrük nümayəndəliyi açmağı planlaşdırır.

Leqal.info-nun Trend-ə istinadən məlumatına görə, bu barədə Rusiyanın Federal Gömrük Xidmətinin rəhbərinin müavini Ruslan Davudov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hazırda qurumun 20 ölkədə nümayəndəliyi fəaliyyət göstərir.

Qeyd olunur ki, yeni nümayəndəliklərin Niderland, Özbəkistan və Azərbaycanda açılması nəzərdə tutulur.скачать dle 10.6фильмы бесплатно
24-01-2019, 17:00
Baxıs: 41 312
Reyting: