Azərbaycanda 10 ayda mobil rabitə operatorlarının gəliri 794 milyon manatdan çox olub

2018-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri 1 milyard 694,4 milyon manatlıq xidmət göstərblər.

Leqal.info-nun Trend-ə istinadən məlumatına görə, göstərilən xidmətin 72,7 faizi əhali tərəfindən istehlak olunub.

2017-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 9,2 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 81,8 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 46,9 faizi və ya 794,3 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.скачать dle 10.6фильмы бесплатно
23-12-2018, 09:24
Baxıs: 30 545
Reyting: