Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini yenə azaltdı
Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsini 11-dən 10 faizə endirib.
Trend-in məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib. O qeyd edib ki, AMB, həmçinin faiz dəhlizinin yuxarı həddini 14-dən 12 faizədək azaldıb: "Faiz dəhlizinin aşağı həddi isə 8 faiz səviyyəsində saxlanılıb". E.Rüstəmov əlavə edib ki, Mərkəzi Bank uçot dərəcəsini azaltmağı davam etdirməyi planlaşdırır. Qeyd edək ki, bundan əvvəl, aprelin 9-da AMB uçot dərəcəsini 13 faizdən 11 faizə endirib. Ümumilikdə ilin əvvəlindən artıq üçüncü dəfədir ki uçot dərəcəsi azaldılır. Belə ki, Mərkəzi Bank fevralda uçot dərəcəsini 15-dən 13 faizə endirmişdi. |
XƏBƏR LENTİ
8-05-2024, 08:56
8-05-2024, 08:56
8-05-2024, 08:56
8-05-2024, 08:56
8-05-2024, 08:56
8-05-2024, 08:56
8-05-2024, 08:56
8-05-2024, 08:56
8-05-2024, 08:56