Bakıda 10 marşrutun yolu dəyişdi

İyunun 1-dən 10 marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdiriləcək. Bunlar Bakı ətrafı kənd və qəsəbələrə hərəkət edən marşrut avtobuslarıdır. Məqsəd əhalinin və turistlərin çimərliklərə rahat gediş-gəlişini təmin etməkdir.

Bakıətrafı kənd və qəsəbələrə hərəkət edən 10 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyası dəyişdirilir. Dəyişiklik mövsümi xarakter daşıyır və iyunun 1-dən təbiq ediləcək.

Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri Mais Ağayevin sözlərinə görə, 10 marşrut xəttindən bəzilərinin hərəkət istiqaməti dəyişdirilib, bəzilərininki isə uzadılıb. Məqsəd yay mövsümündə əhalinin və turistlərin çimərliklərə rahat gediş-gəlişini təmin etməkdir.

Marşrut avtobuslarının hərəkət sxemi yay mövsümü başa çatdıqdan sonra əvvəlki vəziyyətinə qaytarılacaq. © xezerxeber.azскачать dle 10.6фильмы бесплатно
30-05-2018, 21:00
Baxıs: 75 385
Reyting: