İran prezidentinin Azərbaycana səfərinin tarixi dəqiqləşib

Astara (Azərbaycan) - Astara (İran) dəmir yolunun açılışı martın 29-u, cümə axşamı günü İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri çərçivəsində videobağlantı vasitəsi ilə baş tutacaq.

Trend-in IRNA agentliyinə istinadən verdiyi məlumata əsasən, bunu “İran Dəmir Yolları”nın beynəlxalq daşımalar şöbəsinin rəhbəri Hüseyn Aşuri deyib.

Astara (Azərbaycan) - Astara (İran) dəmir yolunun inspeksiyası zamanı Aşuri deyib ki, səfər çərçivəsində Rəşt-Astara dəmir yolunun tikintisinə dair 500 milyon dollar həcmində sazişin imzalanacağı gözlənilir.

Xatırladaq ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən, Qəzvin-Rəşt dəmir yolunun davamı olan Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətti İran ilə Rusiyanın dəmir yolları sistemlərini Azərbaycan vasitəsilə birləşdirəcək.скачать dle 10.6фильмы бесплатно
24-03-2018, 22:50
Baxıs: 28 526
Reyting: