Beynəlxalq Bankın indiyədək “Aqrarkredit”ə ötürülən toksik aktivlərinin həcmi açıqlanıb

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) 20147-ci il ərzində əsas hədəfləri bank sektorunun sağlamlaşdırılması və restrukturizasiyası, maliyyə vasitəçiliyinin bərpa edilməsi, maliyyə bazarlarının tənzimlənməsi və nəzarəti proseslərinin təkmilləşdirilməsi və səmərəliliyinin yüksəldilməsi, habelə maliyyə savadlılığının artırılması və istehlakçılarının hüquqlarının müdafiəsi olub.

"APA-Economics"in məlumatına görə, bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

Hesabata əsasən, bank sektorunun sağlamlaşdırılması istiqamətində bankların səhmdarları tərəfindən ötən il ərzində 0,9 mlrd. manat həcmində kapital inyeksiyası təmin edilib. “Beynəlxalq Bankın restrukturizasiyası prosesləri tamamlanma mərhələsinə çatıb. Bankın 2,4 milyard dollar həcmində xarici borc öhdəliklərinin restrukturizasiyası prosesləri tamamlanıb, habelə 2017-ci il ərzində 2,7 milyard dollar həcmində toksik aktivin “Aqrarkredit” QSC-yə ötürülməsi təmin edilib. Bütövlükdə, 2017-ci ilin sonuna maliyyə sisteminin aktivlərinin həcmi 43,7 milyard manat təşkil edib ki, bu da ÜDM-in 62 faizinə (qeyri-neft ÜDM-in 99 faizinə) bərabərdir. Banklar cəmi aktivlərin 64 faizinə sahib olmaqla sektorda dominant rola malikdir. Bank olmayan kredit təşkilatlarının cəmi aktivlərdə payı 33,4 faizədək yüksəlib ki, bu, Beynəlxalq Bankın toksik aktivlərinin “Aqrarkredit” QSC-yə ötürülməsi hesabına olub. Sığorta sektoru və investisiya şirkətlərinin cəmi maliyyə sistemi aktivlərində çəkisi müvafiq olaraq 2,3 faiz və 0,4 faiz təşkil edib,” – deyə hesabatda qeyd olunub.

Qeyd edək ki, bu çərçivədə, ümumilikdə 14,7 mlrd. manat həcmində toksik aktivlər “Aqrarkredit” QSC-yə BOKT-yə ötürülüb.скачать dle 10.6фильмы бесплатно
5-03-2018, 15:33
Baxıs: 33 636
Reyting: