Sahibkarlar üçün mühüm qanun

Vahid Əhmədov hesab edir ki, analoji qanunun əhalinin vaxtı keçmiş kredit borcları ilə bağlı da atılmasına ciddi ehtiyac var

Milli Məclisə prezident İlham Əliyevin təşəbbüsü ilə əhalinin məcburi dövlət sosial sığorta sahəsində yaranmış borclarının mühüm bir hissəsinin silinməsini nəzərdə tutan qanun layihəsi daxil olub.

“Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunda 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və bu ilin aprelin 1-nə qədər ödənilməmiş sosial sığorta borclarının, eləcə də 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış maliyyə sanksiyalarının silinməsi təklif edilir (APA).

Qeyd edək ki, məcburi dövlət sosial sığorta amnistiyası ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların da qalığına şamil ediləcək.

Sənədi “Yeni Müsavat”a şərh edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov hesab edir ki, qanun layihəsi sahibkarlıq üçün mühüm əhəmiyyət kəsb edir: “Bildiyiniz kimi, 2006-cı ildən sığorta-pensiya sistemində tamamilə yeni dövr başlayıb. Pensiya təminatı üçün sığorta haqlarının yığımı həyata keçirilir. O dövrə qədər bəzi sahibkarlıq subyektlərinin irihəcmli borcları yığılmışdı, ödəyə bilmirdilər. Çox ciddi bir sənəddir, mən onu sığorta amnistiyası adlandırıram”.
Sahibkarlar üçün mühüm qanun
Millət vəkili deyir ki, borcların silinməsi qeyri-rəsmi məşğulluğun azaldılması istiqamətində ciddi bir təşviqedici addımdır: “Borclara görə sahibkarlar işçiləri tam rəsmiləşdirmirdilər, yaxud əmək haqqını az göstərirdilər, ikili mühasibatlığa yol verirdilər. Bir çox hallarda imkanları olmurdu zəruri ödənişləri aparmağa. Cənab prezident onlara ağ kağızdan başlamağı təklif etdi. Düşünürəm ki, bu qanun qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasına müsbət təsirini göstərəcək”.

V.Əhmədov hesab edir ki, analoji qanunun əhalinin vaxtı keçmiş kredit borcları ilə bağlı da atılmasına ciddi ehtiyac var:
“Çox istərdim ki, belə bir qanun vaxtı keçmiş kreditlərlə bağlı da qəbul olunsun.İnsanların kifayət qədər kredit borcları var, yəqin ki, onlar üçün də qanun qəbul olunacaq”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib ki, məcburi dövlət sosial sığorta haqları üzrə borcların tənzimlənməsi sahibkarlığın inkişafına dəstək və əlverişli sosial sığorta mühitinin stimullaşdırılması məqsədinə yönəlib. Onun sözlərinə görə, qanun layihəsi sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması tədbirlərinə dəstək məqsədi daşımaqla, hüquqi və sahibkarlıq fəaliyyət ilə məşğul olan fiziki şəxslər üçün əlverişli sığorta mühitinin stimullaşdırılmasına xidmət edir: “”2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası"na uyğun olaraq, aparılan islahat tədbirləri pensiya sisteminin maliyyə dayanıqlığının təmin edilməsində və vətəndaşların gələcək pensiya təminatının formalaşmasında sığortaedənlər və sığortaolunanlar tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqlarının əhəmiyyətini artırıb. Belə olan şəraitdə ölkədə sahibkarlıq mühitini inkişaf etdirmədən və onlar üçün əlverişli şərait yaratmadan sosial müdafiə sisteminin əhatəliyinin artırılmasına və sosial sığorta ödənişlərinin tam toplanmasına nail olmaq mümkün deyildir. Xüsusilə də son illərdə qloballaşan dünyada baş verən ciddi iqtisadi və siyasi hadisələrin fonunda yaranan maliyyə böhranını və onun mənfi təsirlərini maksimum zəiflətmək, qeyri-neft sektorunun inkişafına sahibkarlıq subyektlərinin stimullaşdırılması və əlverişli biznes mühitinin formalaşdırılması vasitəsi ilə dəstək vermək, beləliklə də, ölkədə sosial sığorta sisteminin maliyyə dayanıqlığını təmin etmək üçün məcburi dövlət sosial sığorta borclarının tənzimlənməsinə ehtiyac vardır".
Sahibkarlar üçün mühüm qanun
Şöbə müdiri vurğulayıb ki, hesabat məlumatlarına görə, sığortaedənlərin məcburi dövlət sosial sığorta haqları üzrə 1 yanvar 2006-cı il tarixə olan 199,6 milyon manat borcundan yalnız 50 faizi və ya 99,3 milyon manatı 1 yanvar 2018-ci il tarixinədək ödənilib: “Beləliklə, sığortaedənlər üzrə 12 il ərzində ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcun məbləği 100,2 milyon manat təşkil edir. Hesabat məlumatlarına görə sığortaedənlərin 01.01.2018-ci il tarixə 81,8 milyon manat ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları mövcuddur ki, bunun da 67,4 faizi və ya 55,1 milyon manat 01.01.2015-ci il tarixə yaranıb. Həmçinin sığortaedənlərin 2015-ci ilin 1 yanvar tarixindən 2018-ci ilin 1 aprel tarixinədək yaranmış borclarının məbləği 26,7 milyon manat təşkil edir”.

E.Babayev deyib ki, ümumilikdə qanun layihəsi ilə sığortaedənlərin mövcud olan məcburi dövlət sosial haqları və məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borclarının 155,3 milyon manat hissəsinin silinməsi, 26,7 milyon manat hissəsinin isə tənzimlənməsi nəzərdə tutulur: “Onu da qeyd edək ki, pensiya təminatında sığortaolunanlara fərdi hesabların 01.01.2006-cı il tarixdən açıldığını, ödənilən məcburi dövlət sosial sığorta haqlarının bu hesablarda həmin tarixdən fərdi uçotunun aparıldığını və vətəndaşların pensiya hüquqlarının dəyər ifadəsində həmin uçotun məlumatları əsasında bu tarixdən müəyyənləşdirildiyini nəzərə alaraq, məcburi dövlət sosial sığorta haqlarının əsas məbləğinin silinməsi vətəndaşların pensiya hüquqlarına mənfi təsir etməyəcəkdir. Nəticə etibarilə, ”Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında" Qanunun layihəsi ilə 373,7 min sığortaedənin, o cümlədən 217 min sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin məcburi dövlət sosial sığortası üzrə borcları tənzimlənəcəkdir. Bu isə məcburi dövlət sosial sığorta haqları üzrə borcu olan sığortaedənlərin maliyyə yükünün azalmasına, həmin sosial sığorta haqları üzrə cari borcların ödənişinin vaxtında və tam məbləğdə həyata keçirilməsinə imkan verəcək, belə borcları gələcəkdə yaratmamağa sövq edəcəkdir. Eyni zamanda bu tədbir bütövlükdə əmək pensiyalarının əsas maliyyə mənbəyi olan məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların artırılmasına və əmək pensiyalarının vaxtında və tam məbləğdə maliyyələşdirilməsinə şərait yaradacaqdır". (“Yeni Müsavat”)скачать dle 10.6фильмы бесплатно
21-02-2018, 23:10
Baxıs: 35 403
Reyting: